Azərbaycan prezidenti makedoniyalı həmkarını təbrik edib

Azərbaycan prezidenti makedoniyalı həmkarını təbrik edib
# 07 sentyabr 2015 15:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Makedoniya prezidenti Giorge İvanova təbrik məktubu göndərib. APA-nın xəbərinə görə, məktubda deyilir:

Hörmətli cənab prezident. Makedoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Makedoniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərinin daha da genişlənməsi və möhkəmlənməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR