İsrailin baş naziri Moskvaya səfər edib

İsrailin baş naziri Moskvaya səfər edib
# 27 fevral 2019 11:41 (UTC +04:00)

İsrailin baş naziri Binyamin Netanyahu Rusiyaya səfərə gəlib.

ONA-nın TASS-a istinadən xəbərinə görə, İsrail hökumətinin başçısının təyyarəsi artıq Moskvanın “Vnukovo-2” hava limanına enib.

Kremlin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Netanyahu Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüşdə ikitərəfli münasibətlər və regiondakı, o cümlədən Suriyadakı vəziyyət müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR