Daha bir bankir "AccessBank"ın rəhbərliyindən gedib - EKSKLÜZİV

Daha bir bankir "AccessBank"ın rəhbərliyindən gedib - <span style="color: red;">EKSKLÜZİV
# 09 mart 2017 08:34 (UTC +04:00)

"AccessBank" QSC-nin rəhbərliyində daha bir dəyişiklik olub. "APA-Economics" bank sektorundakı mənbələrinə istinadən xəbər verir ki, bankın Kiçik və orta biznes kreditləri, korporativ xidmətlər üzrə icraçı direktoru Kənan Ağayev bankı tərk edib.

Onun yerinə hələlik heç bir təyinat yoxdur.

Bankdan məsələyə münasibət bildirilməyib.


Qeyd edək ki, K.Ağayev bankda əmək fəaliyyətinə 2003-cü ilin aprel ayından etibarən mikrokreditləşmə üzrə kredit mütəxəssisi qismində başlayıb. 2004-cü ilin iyun ayından KOB şöbəsində kredit mütəxəssisi, 2005-ci ilin avqust ayından həmin şöbənin rəhbəri vəzifəsinə təyin edilib. 2006-cı ildə “Babək” filialının rəhbəri vəzifəsinə təyin olunaraq 2010-cu ilə qədər bu vəzifədə çalışıb. 2010-cu ildə Bankın KOB departamentinin rəhbəri vəzifəsinə yüksəlib. 2013-cü ilin sentyabr ayından sonuncu Kiçik və orta biznes kreditləri, korporativ xidmətlər üzrə icraçı direktor vəzifəsinə təyin olunub.

K.Ağayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, "Maliyyə və kredit" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə yiyələnib. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda "İqtisadiyyatda riyazi və instrumental üsullar" ixtisası üzrə aspiranturada təhsil alıb.

Qeyd edək ki, bundan öncə bankı İdarə Heyəti sədrinin müavini Şakir Rəhimov tərk edib. Hazırda bankir "Bank Respublika" ASC-nin Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərir.

"AccessBank"ın nizamnamə kapitalı 85 mln. manat təşkil edir. Bankın səhmdarları 6 beynəlxalq maliyyə institutudur. Bunlar Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), "Kreditanstalt für Wiederaufbau" ("KfW", 20%), "Access Microfinance Holding AG" (16,53%), "LFS Financial Systems GmbH" (3,47%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR