Milli Məclisin deputatları Almaniyaya səfər edəcəklər

Milli Məclisin deputatları Almaniyaya səfər edəcəklər
# 09 mart 2017 15:46 (UTC +04:00)

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Rövşən Rzayev martın 9-da Almaniyanın paytaxtı Berlinə səfər edəcəklər.

Parlamentdən APA-ya verilən məlumata görə, deputatlar Almaniya Bundestaqında olacaqlar, həmkarları ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə iki ölkə arasında parlament əlaqələrinin möhkəmləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq, qanun yaradıcılığı sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsi aparılacaq.

Səfər martın 15-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR