Hüquq müdafiəçisinin apellyasiya şikayətinə baxılır

Hüquq müdafiəçisinin apellyasiya şikayətinə baxılır
# 13 oktyabr 2016 09:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Apelyasiya Məhkəməsində İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun məhkumluğunun üzərindən götürülməsi barədə ərizəsinin təmin edilməməsi ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, Rəsul Cəfərov məhkəməyə teleqram göndərərək oktyabrın 10-dək ölkədə olmayacağını bildirib. Hakim qeyd edib ki, buna görə iclası oktyabrın 13-ə təyin etsələr də, R. Cəfərov prosesə gəlməyib. İlkin baxış iclası onun iştirakı olmadan keçirilib və baxış iclası oktyabrın 27-ə təyin olunub.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 3 ay azaldıb.

Rəsul Cəfərov bu ilin martın 17-də imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bir müddət əvvəl Rəsul Cəfərov üzərindən məhkumluğunun götürülməsi barədə ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Məhkəmə ərizəni rədd edib. Apellyasiya şikayəti həmin qərardan verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR