Filippinin Mindanao adasının sahillərində 7,1 bal gücündə zəlzələbaş verib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Mati şəhərindən 80,5 km cənub-şərqdə yerləşib. Ocağı isə 65,6 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib. ABŞ Milli Sunami Xəbərdarlıq Mərkəzi sunami təhlükəsi barədə xəbərdarlıq edib.