Mətbuat Şurasının üzvləri Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər - FOTOSESSİYA - VİDEO

Mətbuat Şurasının üzvləri Heydər Əliyevin və Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 22 iyul 2015 08:28 (UTC +04:00)

APA-nın xəbərinə görə, media nümayəndələri məzarın önünə əklil qoyublar.

Daha sonra milli mətbuatın banisi Həsən bəy Zərdabinin məzarı ziyarət olunub. Mətbuat Şurasının sədri Əflatun Amaşov Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin fəaliyyətindən danışıb: “Həsən bəy Zərdabi Azərbaycan xalqının inkişafına mane olan faktorları – mövhumatı, savadsızlığı bizim üçün bəlli etdi. Bizim xalqımızın inkişaf yolu maarifdən keçir. Bu gün Azərbaycan mətbuatı vətənpərvər mətbuatdır”.

Şura sədri “Əkinçi” qəzetində erməni məsələsinə də geniş yer verildiyini söyləyib: “Bu gün bizim qarşımızda duran əsas vəzifə Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsi, Dağlıq Qarabağ, o cümlədən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Həsən bəy Zərdabiyə, habelə Azərbaycan xalqının inkişafında rol oynayan ayrı-ayrı söz sahiblərinə Allah rəhmət eləsin!”

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev “Əkinçi” qəzetinin milli mətbuat tariximizdəki rolu haqda çıxış edib. O, Zərdabinin ideyalarının bu gün də yaşadığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR