Eroziya və Suvarma İnstitutu: Azərbaycanda ərazi torpaqlarının 700 min hektardan çoxu şoranlaşıb

Eroziya və Suvarma İnstitutu: Azərbaycanda ərazi torpaqlarının 700 min hektardan çoxu şoranlaşıb
# 13 avqust 2015 08:40 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Ərazi torpaqlarımızın 700 min hektardan çoxu bu və digər dərəcədə şoranlaşıb və əsaslı yuma tələb edir. Şoran torpaqları yumağa görə şirin su tələb olunur ki, bunun üçün də yüksək kapital qoyuluşu lazımdır”. Bunu APA-ya AMEA Eroziya və Suvarma İnstitutunun direktor vəzifəsini icra edən Zakir Əliyev deyib.

O, bildirib ki, şoranlaşma problemi qlobal iqlim dəyişikliyi və antropogen təsir nəticəsində yaranır: “İnstitut olaraq, qarşımızda qoyulan tələblərə müvafiq olaraq fundamental tədqiqatlar aparılıb və elmi-praktiki nəticələr şoran ərazilərdə tətbiq olunur. Bu baxımdan ölkədə Abşeron və Zaqatala rayonunun Hacınohur massivində səhra zonaları müntəzəm suvarma, təkrar şoranlaşmaya qarşı mübarizə (drenaj), fitomeliorasiya, qumların bərkidilmə meliorasiyası tədbirlərinin işlənilib geniş miqyaslı tətbiqi günün tələbidir”.

Z. Əliyev qeyd edib ki, mövcud vəziyyətin yaranma səbəbi həm də keçmiş ittifaq dövründən miras qalmış kollektor-drenaj sistemlərinin böyük əksəriyyətinin köhnəlib sıradan çıxmasıdır: “Şoranlaşma daha çox kollektor-drenaj sistemlərinin bərpası və iqtisadi cəhətdən təmirə əl verməməyi, yenilərinin hazırlanıb geniş miqyaslı tətbiqinin ləngidilməsi, həm də ölkədə aparılmış torpaq islahatlarının müəyyən mənada mənfi təsiri və su resurslarından qeyri səmərəli istifadə nəticəsində inkişaf edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR