Lənkəran teatrında “Hacı Qara” komediyasının premyerası olub

Lənkəran teatrında “Hacı Qara” komediyasının premyerası olub
# 02 noyabr 2016 19:14 (UTC +04:00)

Bu gün Lənkəran Dövlət Dram Teatrının səhnəsində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasının premyerası olub.

APA-nın cənub bürosunun məlumatına görə, XIX əsrin 30-40-cı illərində Azərbaycan həyatının reallıqlarını əks etdirən tamaşanın quruluşçu rejissoru, Azərbaycan Dövlət“Yuğ” Teatrının baş rejissoru Gümrah Ömər, rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Zəminə Əliyevadır. Dövlət sifarişi ilə hazırlanmış səhnə əsərində əsas rolları xalq artisti Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev və Sucəddin Mirzəyev, aparıcı artistlərdən Əlibala Əsgərov, Qızılgül Quliyeva, Allahverən Babayev, Əbülfəz Axundov, Səyad Əliyev, Aynur Əhmədova, Niftulla Əsgərov, Hikmət Cəfərov, Tərlan Abdullayeva, Nizami Qurbanov və digərləri canlandırıblar.

Qeyd edək ki, bu, Gümrah Ömərin Lənkəran teatrının səhnəsində hazırladığı üçüncü tamaşadır. Bundan əvvəl rejissor burada Əli Əmirlinin “Onun iki qabırğası” və Elçinin “Cəhənnəm sakinləri” əsərlərinə quruluş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR