Bakıda iki nəfər bir-birini bıçaqlayıb

Bakıda iki nəfər bir-birini bıçaqlayıb
# 14 oktyabr 2016 10:22 (UTC +04:00)

Bakı Hafiz Heydərov – APA. Bakıda bıçaqlanma hadisəsi baş verib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Məlikov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 17 yaşlı İsabala Allahverdiyev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Araşdırma nəticəsində məlum olub ki, . Allahverdiyevlə Bakı şəhər sakini, 41 yaşlı Eldəniz Abbasovla aralarında yaranmış mübahisə zəmində bir-birilərini bıçaqlayıb. E. Abbasovun xəsarəti yüngül olduğundan o, həkimə müraciət etməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR