Elmar Məmmədyarov IFRC baş katibini qəbul edib

Elmar Məmmədyarov IFRC baş katibini qəbul edib
# 03 iyul 2018 14:57 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) baş katibi Elhadc As-Sini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Federasiya arasında mövcud münasibətlərin cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəflər arasında mövcud olan uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinə ümid ifadə edilib.

E. Məmmədyarov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) müxtəlif ölkələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım sahəsində həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verib. Baş katib bu barədə məlumatlı olduğunu, sözügedən qurumun fəaliyyəti və layihələri ilə yaxından tanışlıqda maraqlı olduğunu bildirib.

Nazir qonağa Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4000 nəfərdən artıq azərbaycanlının itkin düşmüş hesab olunduğu barədə məlumat verib və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinin vacibliyinə diqqəti çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR