Azərbaycanın əmtəə bazarı 13% böyüyüb

Azərbaycanın əmtəə bazarı 13% böyüyüb
# 15 iyul 2015 12:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət subyektlərində istehlakçılara 12 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, satılmış istehlak mallarının 49,5%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 50,5%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 1,3% bəndi artıb.

Bu ilin birinci yarısında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 6 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 93,0%-ni hüquqi şəxslərin, 7,0%-ni fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,5 faizini qeyri-ərzaq malları təşkil edib.

Bu ilin yanvar-iyun aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,1% artaraq 473,1 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 202,2 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 270,9 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR