Bakı-Qazax magistral yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Faxralı kənd sakini, 1963-cü il təvəllüdlü Həsənov Aytəkin Zirəddin oğlu yolu keçmək istəyərkən "VAZ-2106" markalı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.