İranda hakimiyyət dəstəkçiləri: " Etirazçılara meydan oxumağa hazırıq"

İranda hakimiyyət dəstəkçiləri: " Etirazçılara meydan oxumağa hazırıq"
# 03 yanvar 2018 09:30 (UTC +04:00)

İranda hakimiyyəti dəstəkləyən yüzlərlə insan küçələrə axışıb.

APA-nın “Telegraph.com”-a istinadən verdiyi xəbərə görə, İranın Ahaz, Kirmanşah, Qorqan və digər şəhərlərində aksiya keçirən həmin şəxslər “Liderlərlər, biz hazırıq!”, “Seditionistlərə ölüm!”, “Biz etirazçılara meydan oxumağa hazırıq!” şüarları səsləndirirlər.

Qeyd edək ki, İranda ötən həftədən bəri mövcud hakimiyyətə qarşı davam edən etirazlar nəticəsində ən az 27 nəfərin öldüyü, min nəfərə yaxın adamın isə həbs edildiyi deyilir.

İranın baş prokuroru Məhəmməd Cəfər Muntazeri açıqlamasında, İrandakı bu aksiyaların Səduiyyə Ərəbistan tərəfindən maliyyələşdirildiyini iddia edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR