SOCAR Ceyhan limanından xam neft ixracını 36% artırıb

SOCAR Ceyhan limanından xam neft ixracını 36% artırıb
# 05 sentyabr 2017 15:49 (UTC +04:00)

Bu ilin avqust ayında SOCAR tərəfindən Ceyhan limanından 1 mln. 733 min 484 ton xam neft ixrac edilib ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 36,10% çoxdur.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, iyul ayı ilə müqayisədə isə Ceyhan limanından xam neftin ixracı 12,51% artıb.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Ceyhan limanından 11 mln. 400 min 551 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 0,18% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR