Bakıda tələbə yataqxananın 11-ci mərtəbəsindən özünü atıb

Bakıda tələbə yataqxananın 11-ci mərtəbəsindən özünü atıb
# 11 oktyabr 2016 08:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihar hadisəsi baş verib.

Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Azər Manafov küçəsi 1A ünvanında yerləşən yataqxana binasında qeydə alınıb. Orada qalan, Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Maarif Hüseyn oğlu Abbasov özünü yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR