Gürcüstan müdafiə nazirinin ABŞ-a səfəri başlayır

Gürcüstan müdafiə nazirinin ABŞ-a səfəri başlayır
# 15 avqust 2015 00:04 (UTC +04:00)

Bakı-APA. Avqustun 15-də Gürcüstanın müdafiə naziri Tina Xidaşeli ABŞ-a səfər edəcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində T.Xidaşeli Pentaqonun rəhbəri Eşton Karter, Ağ Ev, Dövlət Departamenti və qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşəcək.

Danışıqlarda iki ölkə arasında münasibətlər, Gürcüstanın NATO-ya inteqrasiya məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, Tina Xidaşeli 2015-ci ilin mayında Gürcüstanın müdafiə naziri təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR