Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
# 16 noyabr 2016 09:58 (UTC +04:00)

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 7-9, gündüz 10-13 dərəcə isti olacaq. Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 % təşkil edəcək.

Rayonlara arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Gündüz qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-8 isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR