Binəqədi şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Binəqədi şosesində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
# 30 noyabr 2017 11:56 (UTC +04:00)

Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq 30 noyabr tarixindən 1 dekabr tarixinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

Sürücülərdən bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR