Yaponiya və Səudiyyə Ərəbistanı dünyanın ən iri texnoloji investisiya fondunu yaradır

Yaponiya və Səudiyyə Ərəbistanı dünyanın ən iri texnoloji investisiya fondunu yaradır
# 14 oktyabr 2016 11:50 (UTC +04:00)

Bakı - APA-Economics. Neft ixracından asılılığını azaltmağın yollarını axtaran Səudiyyə Ərəbistanı Yapmiyanın "Softbank" qrupu ilə birgə beynəlxalq texnoloji investisiya fondu yaradır.

"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, fondun həcmi $100 mlrd. təşkil edə bilər.

Səudiyyə Ərəbistanın vəliəhdinin müavini Məhəmməd bin Salman bildirib ki, "SoftBank" 5 il ərzində fonda $25 mlrd. yatıracaq. Səudiyyə Ərəbistanın İctimai İnvestisiya Fondu isə qeyd edilən müddətdə yeni yaradılan fonda $45 mlrd. yatıracaq. Bir sıra iri investorların fondda iştirakda maraqlı olması kapital qoyuluşunu $100 mlrd. çatdıra bilər. Beləliklə, sözügedən fond dünyanın ən iri texnoloji sahəyə fokuslanan fondu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR