Qəbələdə meşə yanğınının söndürülməsinə helikopterlər cəlb olunub

Qəbələdə meşə yanğınının söndürülməsinə helikopterlər cəlb olunub
# 01 sentyabr 2017 10:09 (UTC +04:00)

Bu gün Qəbələ meşəsində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, yanğın Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Abrıx kəndi ətrafında olan Bum meşəbəyliyinin 2 saylı meşə dolayısında qeydə alınıb. Yüksək dağlıq ərazidə baş verən yanğının söndürülməsinə isti və küləkli hava şəraiti çətinlik törədir.

İlkin hesablamalara əsasən yanğın nəticəsində 1,5 hektara yaxın ərazidə quru ot və kol örtüyü yanıb. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi ilə texnikası yanğına qarşı mübarizə aparılır. Hadisə yerinə helikopterlər də cəlb olunub və yağnının söndürülməsi istiqamətində işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR