ABŞ-da buruqların sayının artması nefti ucuzlaşdırır

ABŞ-da buruqların sayının artması nefti ucuzlaşdırır
# 09 yanvar 2017 06:12 (UTC +04:00)

Dünya birjalarında neft ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,25 dollar azalaraq 53,74 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar azalaraq 56,91 dollar olub.

ABŞ-da neft buruqlarının sayının artması nefti ucuzlaşdırır. "Baker Hughes Inc." servis şirkətinin təqdim etdiyi göstəricilərə əsasən, ABŞ-da neft buruqlarının sayı ardıcıl 10 həftədir artmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR