Həbsdə olan məşqçinin şikayəti təmin olunmayıb

Həbsdə olan məşqçinin şikayəti təmin olunmayıb
# 02 dekabr 2016 08:00 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun apellyasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil həbs qərarından verilən şikayətin təmin edilmədiyini deyib.

Qeyd edək ki, Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR