İsrailin müdafiə naziri yəhudiləri Fransanı tərk etməyə çağırıb.

İsrailin müdafiə naziri yəhudiləri Fransanı tərk etməyə çağırıb.
# 27 dekabr 2016 08:28 (UTC +04:00)

İsrailin müdafiə naziri Aviqdor Liberman Fransada yaşayan yəhudiləri bu ölkəni tərk etməyə çağırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nazir bu açıqlamanı Parisdə keçiriləcək Yaxın Şərq sülh konfransı ərəfəsində səsləndirib: “Fransada yaşayan yəhudilərə bura sizin ölkəniz və sizin torpağınız deyil, oranı tərk eləmək zamanıdır deməyin vaxtı çatıb”.


A. Liberman qeyd edib ki, keçiriləcək konfrans İsrailə qarşı tribunaldır.

Qeyd edək ki, gələn ilin yanvarında Parisdə Fələstin-İsrail münaqişəsinin həlli prosesinin bərpasına yönəlmiş çoxtərəfli forum keçiriləcək. İsrail konfransda iştirakdan imtina edib və Fransanı konfransı ləğv etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR