Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə seçki keçirilib

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə seçki keçirilib
# 17 mart 2018 09:33 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına əsasən, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Maisə Rəhimovanın səlahiyyət müddətinin bitdiyi nəzərə alınaraq həmin institutun direktoru vəzifəsinə seçki keçirilib.

APA-nın xəbərinə görə, səsvermə nəticəsində M. Rəhimova yenidən Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru vəzifəsinə seçilib.

M. Rəhimova APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, direktor seçkisi “AMEA-nın elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə”yə və “AMEA-nın elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na uyğun həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR