Bakıda çay evində dava zamanı qadın döyülərək ağır xəsarət alıb

Bakıda çay evində dava zamanı qadın döyülərək ağır xəsarət alıb
# 26 dekabr 2019 00:07 (UTC +04:00)

Bakının Sabunçu rayonunda mübahisə zəmnində döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən çay evində qeydə alınıb.

Mübahisə zamanı 1989-cu il təvəllüdlü Mustafayeva Günay Şəmsəddin qızı döyülərək xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR