DİN Qubada 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

DİN Qubada 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
# 08 sentyabr 2015 09:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Qubada baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 7-də saat 22 radələrində Quba rayonunun H..Zərdabi qəsəbəsində Sumqayıt şəhər sakini Seymur Qəribov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və sərnişinləri - Xaçmaz şəhər sakinləri - Cəlal Hüseynov, Emil Rəhimov hadisə yerində ölüblər.


Faktla bağlı Quba Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR