Hindistanda dəmiryolu qəzasında 24 nəfər ölüb, 100 nəfər yaralanıb

Hindistanda dəmiryolu qəzasında 24 nəfər ölüb, 100 nəfər yaralanıb
# 05 avqust 2015 07:25 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Hindistanın Madxya-Pradeş ştatında baş verən iki dəmiryolu qəzasında 24 nəfər ölüb, 100 nəfər xəsarət alıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, sərnişin qatarları praktiki olaraq eyni vaxtda relsdən çıxıb. Nəticədə 18 vaqon çaya düşüb.

Xilasetmə əməliyyatları nəticəsində dalğıclar suda batmış vaqonlardan təxminən 300 insanı xilas ediblər. Onlarla insan ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, Hindistanda bu tip qəzalar dəmir yollarının pis vəziyyətdə olması ilə əlaqədar tez-tez baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR