Bank Of Baku

Gəncədə özünü körpüdən atan qadın xəstəxanada ölüb

Gəncədə özünü körpüdən atan qadın xəstəxanada ölüb
# 17 fevral 2022 08:15 (UTC +04:00)

Gəncədə üç gün öncə özünü körpüdən atan qadın bu gecə xəstəxanada dünyasını dəyişib.

APA-nın yerli bürosunun məlumatına görə, fevralın 14-də 1971-ci il təvəllüdlü Vəfa Əliyeva özünü Nizami Gəncəvi prospektində yerləşən körpüdən atıb.

Hadisədən sonra qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Vəfa Əliyeva bu gecə xəstəxanada dünyasını dəyişib.

Onun hansı səbəbdən intihar etməsi isə məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR