Nigerdə ABŞ vətəndaşı oğurlanıb

Nigerdə ABŞ vətəndaşı oğurlanıb
# 15 oktyabr 2016 03:38 (UTC +04:00)

Bakı-APA. Nigerdə humanitar təşkilatda çalışan ABŞ vətəndaşı oğurlanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Abalak şəhərində qeydə alınıb.

ABŞ vətəndaşının kim tərəfindən oğurlandığı hələ ki, məlum deyil. İlkin versiyaya əsasən, cinayətkarlar oğurlanan humanitar təşkilatın əməkdaşını qonşu Maliyə aparıblar.

Məlumata görə, insidentdən öncə baş verən atışmada 2 nəfər ölüb. Onların kimliyi, təşkilatın və oğurlanan şəxsin adı hələ ki, açıqlanmır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR