BDU-nun professorunun evindən oğurluq edən xadimə özünü qismən təqsirli bilib

BDU-nun professorunun evindən oğurluq edən xadimə özünü qismən təqsirli bilib
# 14 oktyabr 2017 09:48 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi prosesdə M. Quliyeva elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O deyib ki, evdən oğurladığı pulun və qızılın hamısını saxlanıldıqdan sonra qaytarıb. M. Quliyeva ittihamda göstərilən 30 min manatdan çox məbləğin şişirdildiyini deyib.

Proses oktyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il Nəsimi rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib. İttihama görə, zərərçəkmiş Aida İbrahimovanın evində xadimə işləyən M. Quliyev mənzildən 30 min manatdan çox qızıl zinət əşyaları və pul oğurlayıb.

M. Quliyevaya qarşı Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Zərərçəkmiş Aida İbrahimova Bakı Dövlət Universitetinin (BDU) professorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR