Bank Of Baku

Ağdamda bıçaqlanan "Azərişıq" əməkdaşının vəziyyəti ağırdır - YENİLƏNİB - VİDEO

Ağdamda bıçaqlanan "Azərişıq" əməkdaşının vəziyyəti ağırdır  - YENİLƏNİB  - VİDEO
# 09 dekabr 2021 21:55 (UTC +04:00)

Ağdamda xidməti vəzifəsini yerinə yetirərkən abonent tərəfindən bıçaqlanan iki montyordan biri süni tənəffüs aparatına qoşulub.

Xəstəxanadan APA-ya verilən məlumata görə bıçaq yarası ilə xəstəxanaya yerləşdirilən Şükür Mirzəyevin vəziyyəti ağırdır.

***

20.05

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda "Azərişıq" əməkdaşlarının bıçaqlanması barədə məlumata münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı APA-ya bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda araşdırma davam etdirilir.

***

19.25

Ağdamda borclu abonentin “Azərişıq” ASC-nin iki əməkdaşını bıçaqlaması, digərini döyməsi faktı üzrə cinayət işi başlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 325 və 126.1-ci maddələri ilə cinayət işi açılıb.

Hadisəni törədən borclu abonentin Oğuz rayon sakini Kərimov Rahim Davud oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, həmin şəxs yaşadığı evdə işığa olan 175 manat borcu ödəmədiyi üçün elektrik verilişini dayandırmaq istəyən montyorları bıçaqlayıb.

***

17.56

Ağdamda abonent “Azərişıq” ASC-nin iki işçisini bıçaqlayıb, birini döyüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

“Azərişıq” ASC-nin Ağdam Elektrik Şəbəkəsi İdarəsinin əməkdaşları - Mirzəyev Tariyel və Mirzəyev Şükür borclu abonent tərəfindən bıçaqlanıblar.

İdarənin digər işçisi Elşən Əzizovu isə döyülüb. İlkin məlumata görə, hadisəni törədən şəxs borcu çox olduğundan elektrikin verilişinin dayandırmaq üçün gələn işçilərə qarşı bu hərəkəti edib.

Faktla bağlı araşdırma aparılır.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR