MBNP bankları qiymətli kağızlar bazarında fəal iştiraka çağırıb

 MBNP bankları qiymətli kağızlar bazarında fəal iştiraka çağırıb
# 28 noyabr 2017 06:59 (UTC +04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bankların, Milli Depozit Mərkəzinin (MDM), Bakı Fond Birjasının (BFB) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndələri ilə görüş keçirilib.

MBNP-dən “APA-Economics”ə verilən məlumata görə, görüşdə bankların kapital bazarlarında birbaşa iştirak etməsi və investisiya xidmətlərini həyata keçirməsi, habelə Mərkəzi Bankın notları ilə bağlanan əqdlər üzrə klirinq-hesablaşmaların optimallaşdırılması ilə bağlı təqdimatlar keçirilib. Qeyd olunub ki, bankların investisiya şirkətinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarında iştirak etməsi bazarın inkişafında əhəmiyyətli rol oynaya bilər.

Daha sonra mövzu ilə bağlı iştirakçıların sualları ətrafında müzakirələr aparılıb, fikirlər dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR