DİN şöbə rəisi: "Qadınların zorakılığın qurbanına çevrilməsinin kökündə erkən nikahlar və savadsızlıq dayanır"

DİN şöbə rəisi: "Qadınların zorakılığın qurbanına çevrilməsinin kökündə erkən nikahlar və savadsızlıq dayanır"
# 18 noyabr 2016 09:49 (UTC +04:00)

Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı aparılan təhlillərin nəticəsi göstərir ki, qadınların məişət zorakılığının qurbanına çevrilməsinin kökündə erkən nikahlara daxil olma və savadsızlıq dayanır. Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov bildirib ki, məişət zorakılığının qurbanına çevrilmiş qadınların əksəriyyəti savadsız olur. Bu hal erkən nikahlarda da müşahidə olunur: “Ali təhsilli qızlar işlə təmin olunur və yüksək maaş alırlar. Ancaq savadsız qadınlar heç bir işə cəlb olunmadığı, öz övladını saxlaya bilmədiyinə görə zorakılığa məruz qalırlar”.

Uşaqlarla bağlı hüquq pozuntuları haqda danışan DİN nümayəndəsi “Biz çalışırıq ki, uşaqlara qarşı və uşaqlar tərəfindən hər hansı hüquq pozuntusu qeydə alınmasın. Amma təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində də uşaqlar tərəfindən və uşaqlara qarşı belə hallar qeydə alınır", - deyə bildirib.

Onun sözlərinə görə, uşaqların müdafiəsi ilə yalnız ayrı-ayrı dövlət qurumlar məşğul olmalı deyil. Bu sahə ilə məşğul olan QHT-lər də dövlət qurumları həmin istiqamət üzrə əməkdaşlıq etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR