“Azərbaycan Kredit Bankı” Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

“Azərbaycan Kredit Bankı” Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb
# 16 iyul 2015 13:57 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gündən “Azərbaycan Kredit Bankı” ASC “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, banka verilmiş şəhadətnamə ləğv edilib.

Hazırda Fonda üzv bankların sayı 43-dür.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10 iyul 2015-ci il tarixli qərarı ilə “Azərbaycan Kredit Bankı” ASC-nin lisenziyası ləğv olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR