Maliyyə Nazirliyinin 15 mln. manatlıq dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin 15  mln. manatlıq dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
# 08 noyabr 2016 14:11 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 364 gün tədavül müddətli, 15 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 6 investor tərəfindən 13 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 34 mln. 71 min manat təşkil edib.

Sifarişlər 82,0000 manat (22,1331%) və 87,3969 manat (14,5400%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86,9876 manat (15,0828%) orta ölçülmüş qiyməti 87,0711 (14,9717%) təşkil edib.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 07.11.2017-ci ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR