İranda vertolyot qəzasında xəsarət alanlardan ikisi ölüb - YENİLƏNİB-1

İranda vertolyot qəzasında xəsarət alanlardan ikisi ölüb - <span style="color: red;">YENİLƏNİB-1
# 06 dekabr 2016 15:53 (UTC +04:00)

İranda bu gün baş vermiş vertolyot qəzasında xəsarət alanlardan ikisi ölüb.

APA-nın Tehran müxbiri xəbər verir ki, bu barədə Tehranın Təcili Tibbi Yatdım Mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu gün Tehranda baş vermiş qəzada vertolyotda olan 8 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq onlardan ikisi dünyasını dəyişib.

Digər altı nəfərin vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.

***

saat 14.07

İranda baş vermiş helikopter qəzasında itkin düşmüş 8 sərnişin tapılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Qırmızı Aypara Cəmiyyətinin Tehran əyaləti üzrə nümayəndəliyinin rəsmisi Mürtəza Muradipur deyib. O bildirib ki, qəza zamanı müxtəlif xəsarətlər alan həmin şəxslər xəstəxanaya çatdırılıb.


Hadisə bu gün yerli vaxtla saat 11:40-da baş verib. Qəzaya uğramış helikopter “Pənha2” helikopter istehsalı şirkətinə məxsus olub.

***

Saat 13:26

İranda helikopter qəzası baş verib.

APA-nın Tehran bürosunun məlumatına görə, helikopter paytaxt ərazisindəki Chitgar gölünə düşüb. Hər iki pilotun öldüyü bildirilir.

Tehran Qırmızı Aypara Cəmiyyətinin rəsmisi Mürtəza Muradipur deyib ki, hələlik qəzaya uğramış helikopterin hansı quruma aid olduğu bəlli deyil, lakin bilinən odur ki, helikopterdə 8 sərnişin olub ki, onlardan 5 nəfəri itkin düşüb. Hazırda göldə həmin şəxslərin axtarışı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR