Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 Avqust - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 Avqust - <span style="color: red;">VİDEO
# 18 avqust 2015 17:12 (UTC +04:00)

Bir müddətdir ki, hər kəs Türkiyəni İŞİD üzərindən vurmağa başlayıb, bir az əvvəl Türkiyə özü İŞİD-i vurmağa başlayıb və indi də İŞİD Türkiyəni vurmağa hazırlaşır. Əsl vurhavurdur. Taxtdan düşən Maliki də, taxtda olan Əsəd də Yaxın Şərqin baş bəlası İŞİD-in Türkiyənin dəstəyi ilə indiki səviyyəyə çatdığını deyir. Elə İŞİD də bunu inkar etmir, terrorçuların son videomüraciəti mirasdan məhrum edilmiş övladın atasına məktubuna bənzəyir. İŞİD sanki evdən qovulmuş, atasının acığını qonşulara zülm etməklə çıxan yeniyetmədir və qonşular da övladını ipə-sapa yığdırmaq üçün ataya şikayət edirlər. İraqın, Suriyanın Türkiyəyə ittihamı, şikayəti bu mənzərəni xatırladır. ABŞ-ın Türkiyəyə PKK ilə deyil, İŞİD-lə mübarizə aparmağı məsləhət görməsi də “oğlunun əl-ayağını yığışdır” hədəsinə oxşayır. Bənzətmələr öz yerində, amma günün real mənzərəsi budur - Türkiyə PKK-ya qarşı əməliyyatları genişləndirdikcə, xarici güclər İŞİD-i Ankaranın qarşısına rəqib kimi itələyirlər. Və bu güclər PKK-nın Türkiyənin altını üstünə çevirməsinə göz yumurlar. Onlara “tutaq ki, İŞİD mənim dəstəyimlə böyüyüb ərsəyə çatdı, bəs bu PKK-nı kim doğub ortaya qoyub, bəlkə sizə də öz küçüyünüzə yiyə çıxasınız?” cavabı verən lazımdır. Amma, bu cavabı kim verəcək? Yəqin ki, heç kim. Türkiyədə ABŞ-a, Yaxın Şərqin liderlərinə bu cavabı verə biləcək siyasətçilər çoxdan dünyalarını dəyişiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR