"Ziraat Bank Azərbaycan" ilk filialını işə salır

"Ziraat Bank Azərbaycan" ilk filialını işə salır
# 23 iyun 2015 10:40 (UTC +04:00)

Bakı - APA-Economics. "Ziraat Bank Azərbaycan" ASC-nin ilk filialı gələn həftədən etibarən fəaliyyətə başlayacaq.

Bu barədə "APA-Economics"ə bankdan məlumat verilib.

Filial "İçəri Şəhər" metro stansiyasının yaxınlığında yerləşir.

"Filial fəaliyyət göstərmək üçün tam hazırdır. Filialın bütün personalı işdədir, lakin hələlik müştərilərə xidmət göstərmir. Gələn həftədən etibarən isə filial fəaliyyətə başlayacaq", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2014-cü il dekabrı ayının 30-da verdiyi qərar ilə “Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib.

Bank fəaliyyətinə 50 mln. manatlıq nizamnamə kapitalı ilə fəaliyyətə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR