Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya gedib

Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya gedib
# 07 sentyabr 2015 08:27 (UTC +04:00)

Komitədən APA-ya verilən məlumata görə, sentyabrın 10-na qədər davam edəcək tədbirlərdə Azərbaycan nümayəndə heyəti Avropa Yəhudi İrs Gününün başlaması mərasimində və Parisdə Azərbaycanın dini dözümlülük modelinin təbliğinə həsr olunmuş “Azərbaycanda dini tolerantlıq - birgəyaşayış mədəniyyəti” mövzusunda konfransda iştirak edəcək, məruzələrlə çıxış edəcək, yerli ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək.

Azərbaycan nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Azərbaycan Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Alban-udin dini icmasının sədri Robert Mobili, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR