Kürdəmirdə baş verən yol qəzasında ata və qızı xəsarət alıb

Kürdəmirdə baş verən yol qəzasında ata və qızı xəsarət alıb
# 11 may 2017 22:46 (UTC +04:00)

Kürdəmirdə baş verən yol qəzasında ata və qızı xəsarət alıb. APA -nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Kürdəmir rayonunun Qarasaqqal kənd sakini, 1994-cü il təvəllüdlü Mərhəmət Zəfər oğlu Abdullayev idarə etdiyi "VAZ-21015" markalı maşınla hərəkətdə olarkən qarşıdan gələn "VAZ-2107" markalı maşınla toqquşub.

Nəticədə "VAZ-21015" markalı maşının sürücüsü M. Abdullayev və onun 2016-cı il təvəllüdlü qızı Röya Abdullayeva müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR