Fond: Bağlanan 10 bankın kredit portfeli 2,5 mlrd. manat təşkil edir

Fond: Bağlanan 10 bankın kredit portfeli 2,5 mlrd. manat təşkil edir
# 18 aprel 2017 09:18 (UTC +04:00)

"Ləğvetmə prosesində olan 10 bank üzrə kredit portfeli 2,5 mlrd. manat təşkil edir".

"APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

Onun sözlərinə görə, kredit portfelinin 85%-i 500 min manatdan yuxarıdır: "Bu məbləğ 200 müştəriyə verilib. Ümumilikdə isə 10 bank üzrə müştərilərin sayı 75 min nəfər təşkil edir".

Qeyd edək ki, aprelin 12-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 43 mln. 201 min manat (ümumi kompensasiya öhdəliyinin 98,5%-i), "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 54 mln. 566 min manat (ümumi kompensasiya öhdəliyinin 75%-i), "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 27 mln. 771 min manat (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 3 mln. 87 min manat (ümumi kompensasiya öhdəliyinin 98,7%-dan çox) kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 128 mln. 626 min manatdan artıq kompensasiya verilib.

Aprelin 12-də "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 280 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1%-dən artıq), "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 974 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 94,4%-i) kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 mln. 254 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 436 mln. 613 min manat artıq kompensasiya ödənişi baş tutub. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın əmanətçilərinə 24 mln. 161 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Bundan başqa, Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək bankın qorunan əmanətçilərinə 976 min 440 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya verilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. 12 fevral 2017-ci il tarixədək “Texnikabank”ın qorunan əmanətçilərinə 120 mln. 433 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond tərəfindən bu banklar üzrə 727 milyon 65 min manatdan artıq kompensasiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR