Kaxa Kaladze Tbilisi meri vəzifəsinin icrasına başlayıb

Kaxa Kaladze Tbilisi meri vəzifəsinin icrasına başlayıb
# 13 noyabr 2017 06:46 (UTC +04:00)

Oktyabrın 21-də Gürcüstanda yerli idarəetmə orqanlarına keçirilmiş seçkilərdə paytaxt Tbilisinin meri seçilmiş keçmiş energetika naziri Kaxa Kaladze səlahiyyətlərinin icrasına başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Tbilisi meriyasında K. Kaladzeni şəhərin keçmiş meri David Narmaniya qarşılayıb. D. Narmaniya yeni merə fəaliyyətində uğurlar arzu edib.

K. Kaladze şəhərdə görülməli işin çox olduğunu bildirib: “Biz komandamızla paytaxtın problemlərinin həllinə nail ola biləcəyik. Növbəti dörd ildə Tbilisidə bir sıra əhəmiyyətli layihələr həyata keçiriləcək”.

Bu gün saat 15:00-da yeni mer komandasının üzvlərini təqdim edəcək. Yayılan məlumata əsasən, K. Kaladzenin müavinlərindən biri hazırkı energetika naziri İlya Eloşvili olacaq. Gürcüstanın Energetika Nazirliyinin hökumətdə həyata keçiriləcək islahatlar çərçivəsində İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə birləşdiriləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR