Mikayıl Cabbarov Türkiyə Ali Təhsil Şurasının sədri ilə görüşüb

Mikayıl Cabbarov Türkiyə Ali Təhsil Şurasının sədri ilə görüşüb
# 22 fevral 2017 15:01 (UTC +04:00)

Təhsil naziri Mikayıl Cabbarov Türkiyə Böyük Millət Məclisində Milli təhsil, mədəniyyət, gənclər və idman komissiyasının sədr müavini Burhanəddin Uysal ilə görüşüb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri əsasında təhsil sahəsinin inkişafı haqqında fikir mübadiləsi aparılıb. İki ölkə arasında sıx əlaqələr çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.


Görüşdən sonra Mikayıl Cabbarov parlament binasını gəzərək 15 iyul 2016-cı il tarixində baş vermiş dövlət çevrilişinə cəhd zamanı zərər görmüş hissəyə baş çəkib.

Daha sonra təhsil naziri Türkiyə Ali Təhsil Şurasının sədri Yekta Saraçla görüşüb. Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında ali təhsil sahəsinin inkişafı üçün gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR