Millət vəkili seçiciləri ilə növbəti dəfə görüşüb

Millət vəkili seçiciləri ilə növbəti dəfə görüşüb
# 11 noyabr 2016 08:25 (UTC +04:00)

Millət vəkili Novruz Aslanov İsmayıllı rayon İcra Hakimiyyətində (RİH) RİH başçısı Mirdaməd Sadıqovla birgə vətəndaşların qəbulunu keçirib.

Deputatın qərargahından APA-ya bildirilib ki, qəbulda yerli strukturların rəhbərləri də iştirak edib. Qəbula gələn vətəndaşların qaldırdığı məsələlər əsasən, sosial sahə ilə əlaqədar olub. Belə məsələlərin həlli üçün yerində müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib. Millət vəkilinə ünvanlanan müraciətlərə Novruz Aslanov diqqətlə yanaşıb və həlli üçün mümkün yardımları edib. Qəbulda iştirak edən sakinlər həm millət vəkilinə, həm də İcra Hakimiyyətinin başçısına bu diqqətə görə təşəkkürlərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR