Bu ilin 9 ayında “Azərloterya” dövlət büdcəsinə 500 min manat ödəyib

Bu ilin 9 ayında “Azərloterya” dövlət büdcəsinə 500 min manat ödəyib
# 28 noyabr 2016 13:39 (UTC +04:00)

2016-cı ilin 9 aylıq icra göstəricilərinə əsasən səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə dövlət büdcəsinə 500 min manat daxil olub ki, bu məbləğ “Azərloterya” ASC tərəfindən ödənilib.

APA-Economics” xəbər verir ki, bu barədə Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə öz əksini tapıb.

“Eyni zamanda, “Azərlotereya” ASC üzrə qeyd olunur ki, 2015-ci ildə əldə etdikləri xalis mənfəətin (1655,1 min manat), habelə müvafiq aktivlər və kapital üzrə mövcud imkanların (pul vəsaitlərinin ilin sonuna qalığı 3036,9 min manat, bölüşdürülməmiş mənfəəti 5660,0 min manat) dividendlərin ödənilməsi üçün yetərli olmasına baxmayaraq, 2015-ci ilin müvafiq layihə göstəricisindən 1360,0 min manat (2,7 dəfə) az həcmdə yerinə yetirib. Bunları nəzərə alaraq, bu mənbə üzrə əlavə ehtiyat potensialının olduğu qeyd edilməlidir”, - deyə rəydə bildirilib.

Hesablama Palatası müvafiq mənbə üzrə proqnozlaşdırılmış layihənin həcminin artırılmasını və büdcə qarşısında olan öhdəliklərin vaxtında və tam həcmdə icra edilməsi istiqamətində müvafiq qərarların qəbul edilməsini məqsədəuyğun hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR