Bazardan gələn siqnallar dolları bahalaşdırır

Bazardan gələn siqnallar dolları bahalaşdırır
# 27 oktyabr 2016 10:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Dolların yapon yeninə qarşı məzənnəsi təxminən 3 aylıq maksimum səviyyəsində qərarlaşıb. "APA-Economics" xəbər verir ki, buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin və FED-in uçot dərəcəsini artırması ilə bağlı ehtimalların artım səviyyəsinin dolları möhkəmləndirməsidir.

Hazırda 1 dollar 104,48 yen təşkil edir.

Avronun məzənnəsi isə 0,1% zəifləyərək 1,0902 dollar səviyyəsində qərarlaşıb.

Funt sterlinq 0,2% zəifləyərək 1,2218 dollara enib.


Dolların indeksi 0,06% geriləyərək 98,688 səviyyəsinə çatıb. Bu rəqəm isə çərşənbə axşamı dolların 9 aylıq maksimuma çatdığı 99,119 səviyyəsindən bir qədər aşağıdır.

FED-in dekabr ayında keçirəcəyi toplantıda uçot dərəcəsini artırması ehtimalı 74%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR