İsveçrə İrana qarşı sanksiyaları ləğv etdi - VİDEO

İsveçrə İrana qarşı sanksiyaları ləğv etdi - <span style="color: red;">VİDEO
# 13 avqust 2015 13:31 (UTC +04:00)

İrana qarşı sanksiyanı qaldıran ilk dövlət məlum olub. APA TV-nin "Liqa.net"ə istinadən verdiyi məlumata görə, Tehrana qarşı 2014-cü ildən qadağalar tətbiq edən İsveçrə hökuməti bu qərara gəlib.

İsveçrənin adı açıqlamayan yüksək çinli nümayəndəsi bu qərarı İranla "altılıq" ölkələrinin nüvə sazişi ilə bağlı razılaşması ilə əlaqələndirib.

"İranla qiymətli metallar ticarəti və kommersiya fəaliyyətinə sanksiyalar aradan qaldırılıb. Bundan savayı İrandan xam neft və neft məhsullarının alınması, bu ölkə ilə sığorta əməliyyatları da sanksiyaların təsir dairəsindən çıxarılıb". SİTATIN SONU.

Qərar bu gündən qüvvəyə minib. Eyni zamanda İsveçrə hökuməti bildirib ki, əgər İran Vyana razılaşmasından irəli gələn üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsə, dövlət bu qərarın ləğv olunması haqqında hüququnu əlində saxlayır.

ABŞ da məsələyə münasibət açıqlayıb. Vaşinqtondan bildirilib ki, İsveçrə bu qərarı onlarla razılaşdırmadan verib. Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib ki, ölkəsinin İrana qarşı sanksiyaları hələ ki qüvvədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR