“Bakı Dairəvi-1” və Lökbatan-Qobu yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“Bakı Dairəvi-1” və Lökbatan-Qobu yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 23 may 2018 08:48 (UTC +04:00)

Yasamal rayonu, “Bakı Dairəvi-1” avtomobil yolunun Yeni Yasamal sahəsinə keçən hissəsində, həmçinin Qaradağ rayonu, Lökbatan-Qobu avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu bu gün saat 11:00-dan axşam saatlarınadək nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR