ƏN Penitensiar Xidməti və Tibb baş idarəsi əməkdaşlarının maaşı 10 faiz artırılıb

ƏN Penitensiar Xidməti və Tibb baş idarəsi əməkdaşlarının maaşı 10 faiz artırılıb
# 10 mart 2018 15:08 (UTC +04:00)


Azərbaycan prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR